Müəlliflər üçün təlimat

Son yeniləmə tarixi: 26.01.2010

Xarici jurnallarda məqalənin 1 səhifəsinin dərcolunma qiyməti:

  • ABŞ- 95 AZN (tibb, hüquq)
  • İngiltərə-70 AZN (tibb)
  • Koreya- 50 AZN (tibb)
  • Xorvatıstan- 40 AZN (filologiya, tibb)
  • Polşa- 30 AZN (bütün elm sahələri )
  • Ukrayna-25 AZN (bütün elm sahələri)
  • Rusiya -20-50 AZN (bütün elm sahələri)
  • Türkiyə- 25 AZN (humanitar elmlər, tibb)
  • Hindistan-30 AZN (tibb)

Qeyd:   Bütün jurnalların 1 nüsxəsi müəlliflərə pulsuz verilir.

    Xarici jurnallarda dərc olunmaq üçün müəlliflər məqalələrini
aşağıdakı qaydalara uyğun tərtib etməlidirlər:

1. Məqalələr .doc və ya .rtf formatında (Word 1997, 2000, XP) olmalıdır
2. Yazılar müvafiq dillərdə (ingilis, rus, türk, polyak, ukrayn, bolqar) təqdim olunmalıdır
3. Yazılara müvafiq sahənin nüfuzlu mütəxəssisi tərəfindən rəy verilməlidir (aspirant və dissertantlar üçün). Rəy olmadıqda həmin məqalələr xarici elmi jurnalın redaksiya şurası tərəfindən 3-5 gün ərzində qiymətləndirilir.
5. Yazılar Times New Roman şriftilə, 14 keqllə, 1.5 aralıqla yığılmalıdır
6. A4 (210mm x 290mm) formatlı faylın sağ kənarında 1,5 sm, sol kənarında 3 sm, aşağı və yuxarı hissədə isə 2,5 sm boşluq olmalıdır
7. Mətnin əvvəlində məqalənin tam adı, müəllif və həmmüəlliflərin adı, soyadı, atasının adı, elmi dərəcəsi qeyd olunmalıdır
8. Məqalənin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı əks olunmalıdır. Siyahı məqalənin dərc olunacağı dilin əlifba qaydalarına uyğun tərtib olunmalı və yalnız bundan sonra xarici mənbələrin, internet ehtiyatlarının adı verilməlidir. Məqalədən ədəbiyyat siyahısına isnadlar bütün dünyada qəbul olunmuş vahid standart üzrə [ ] -  tipli mötərizələrdə verilməlidir. Məs., [24, s. 34-56]
9. Məqalələr minimum 5 səhifə həcmində olmalıdır. Hər müəllif vərəqi (səhifə) 1800 işarədən (Hərəsi 60 işarədən ibarət 30 sətir) ibarət olmalıdır.

Məqalələrin dərc olunma şərtləri:

- Məqalələr Mərkəzin redaksiyasına tədqim olunmalıdır
- Müəlliflər məqaləni təqdim edərkən "Ərizə forması"nı doldurmalıdırlar
- Müəlliflər məqaləni təqdim etdikdən ən gec 3 gün sonra təsdiq və ya rədd cavabı alırlar
- Məqaləsi dərc olunacaq müəlliflər ödənişi nəqd yolla həyata keçirdikdən sonra şəxsiyyət vəsiqəsinin surətini redaksiyaya təqdim etmək şərtilə təsdiq qəbzi əldə edirlər. Bu qəbz onlara, redaksiyamızdan jurnalın orijinalını əldə etməyə imkan verir
- Xarici elmi jurnallar müəlliflərə 2-3 ay müddətində (bəzi jurnallar daha tez) çatdırılır

    Dissertasiya və diplom işləri bazasında        
Elmlər namizədi və elmlər doktoru alimlik dərəcəsinə iddialı şəxslər aşağıdakı jurnallarda (43 adda jurnal) məqalə və tezislərini dərc etdirə bilərlər